“Neftçi” Futbol Akademiyasının komandaları məşqlərə başladı

7 sentyabr 2020, 16:15

“Neftçi” Futbol Akademiyasının komandaları bu gün yeni mövsümün hazırlığına start verib. U-19, U-17, U-16, U-15, U-14, U-13, U-11, U-10 və qızlardan ibarət U-13 komandaları məşqlərə başlayıb. U-12 komandamız isə sabah hazırlığa start verəcək. U-13-dən (qızlar) başqa digər komandalarımız məşqlərini “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirlər.

Xatırladaq ki, pandemiya səbəbindən “Neftçi” Futbol Akademiyasının komandalarının məşqləri mart ayının əvvəllərindən dayandırılmışdı.