Rüstəm Əfsərli

  • Çalışmağa başladığı il:

    2024


  • Doğum tarixi:

    18.01.1987

Rüstəm Məmmədağa oğlu Əfsərli 1987-ci il yanvarın 18-də Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universtetinin jurnalistika fakültəsinin məzunudur.

Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən “CBC Sport” kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb.

2017-ci ildə “Neftçi” PFK-nın mətbuat katibi olub. 2024-cü ilin iyulundan klubun Media üzrə koordinatorudur.