Asəf Zeynallı

  • Çalışmağa başladığı il:

    2024


  • Doğum tarixi:

    29.07.1988

Asəf Vidadi oğlu Zeynallı 1988-ci il iyulun 29-da Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub.

Odlar Yurdu Universtetinin Jurnalistika fakültəsinin məzunudur.

2010-cu ildən müxtəlif mətbuat orqanlarında idman müxbiri və redaktor kimi fəaliyyət göstərmiş Asəf Zeynallı 2017-ci ildən “CBC Sport” telekanalında Xəbərlər Departamentinin şef-redaktoru vəzifəsində çalışıb. 2023-cü ilin oktyabrından 2024-cü ilin iyulunadək “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin rəhbəri olub.

2024-cü ilin avqustundan “Neftçi” PFK-nın mətbuat katibidir.