"Neftçi" məşqləri bərpa etdi

16 iyun 2020, 19:00

"Neftçi” PFK hazırlığını davam etdirir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə "Qəbələ” ilə yoxlama oyunundan (2:1) sonra istirahət etmək məcburiyyətində qalmış komandamızın üzvləri bu gün iki məşqə çıxıb. Hər iki hazırlıq prosesi "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub.

Qeyd edək ki, təqvimə əsasən "Neftçi” uzun fasilədən sonra Premyer Liqada ilk oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirməlidir.