Soni Mustivarla müqavilə yenilənmədi

19 iyun 2020, 17:30

"Neftçi” PFK müqavilə müddəti başa çatan yarımmüdafiəçi Soni Mustivarla yollarını ayırıb. Haitili futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.