“Neftçi” 3 aylıq fasiləyə qələbə ilə son qoydu
“Neftçi” hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Komandamız “Keşlə” ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə nəticələnib. “Neftçi”dən 10-cu (penaltidən) və 12-ci dəqiqələrdə Emin Mahmudov, 90+2-ci dəqiqədə Rəhman Hacıyev, rəqibdən isə 65-ci dəqiqədə Aleksandr Kristovao fərqlənib.
“Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 18.Tural Axundov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 88.Saman Nərimancahan, 93.Soni Mustivar.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Voislav Stankoviç, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 22.Mirabdulla Abbasov, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 65.Əmrah Bayramov.
Tövsiyə olunur
-
“Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi
A Komanda 30 aprel 2024, 11:20 -
Miodraq Bojoviç “Turan Tovuz” üzərindəki qələbəni şərh etdi
A Komanda 28 aprel 2024, 21:16 -
“Neftçi”dən böyükhesablı qələbə!
A Komanda 28 aprel 2024, 21:10 -
“Turan Tovuz”la oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq
A Komanda 28 aprel 2024, 13:25