“Neftçi-2”dən inamlı qələbə!

1 fevral 2025, 17:15

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 21-ci turda “Şamaxı-2”ni 2:0 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində da baş tutan matçda qolları Məhəmməd Məmmədli (24-cü dəqiqə) və Həbib İsmayılov (82-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 21 turdan sonra 45 xalla turnir cədvəlində 1-ci yeri tutur.