“Neftçi”nin 4 üzvü Belarusa gedəcək

5 oktyabr 2024, 18:53

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Oktyabrın 6-7-də Bakıda, ayın 8-dən 14-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq toplanışa “Neftçi”nin 4 üzvü – Məhəmməd Məmmədli, Mirşahbaz Şahbazov, Murad Məmmədov və İsmayıl Qurbanlı dəvət olunub. Millimiz Belarusun müvafiq yaş qrupu yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.