“Neftçi-2” ardıcıl 5-ci qələbəsini Gəncədə qazandı

5 oktyabr 2024, 18:10

“Neftçi-2” Əvəzedicilər Liqasında “Kəpəz-2”nin qonağı olub. Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçirilən 9-cu tur oyununda “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində 10-cu dəqiqədə Cavanşir Şahbazlı, 45+1-ci dəqiqədə isə İbrahim Novruzov fərqləniblər. Meydan sahiblərinin qolunu isə 57-ci dəqiqədə Nicat Məmmədov vurub.

Bununla da Əvəzedicilər Liqasında ardıcıl beşinci qələbəsini qazanan “Neftçi-2” 9 oyundan sonra 22 xalla turnir cədvəlində 2-ci yeri tutur.