“Neftçi-2”nin qələbə seriyası 4-ə çatdı!

29 sentyabr 2024, 20:30

“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl dördüncü qələbəsini qazanıb. “Ağ-qaralar” 8-ci turda “Sumqayıt-2”yə 2:1 hesabı ilə qalib gəlib. “Neftçi” Futbol Mərkəzində keçirilən matçda komandamızın qollarını İbrahim Novruzov (49-cu dəqiqə) və Həbib İsmayılov (63-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Nihad Əhmədzadə (62-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 8 oyundan sonra 19 xalla turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Bir oyun az keçirmiş “Turan Tovuz-2” 18 xalla 2-cidir.