4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!

23 sentyabr 2024, 11:55

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 23-dən 25-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində, sentyabrın 25-dən oktyabrın 1-dək isə Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı və yoldaşlıq görüşü keçirəcək. Milliyə “Neftçi” PFK-nın 4 futbolçusu – Xanım Əsədova, Ayşən Salamzadə, Səma Əsədova və Aylin Kərimova dəvət alıblar.