“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
AFFA U-15 Liqasında 3-cü yer uğrunda oyun keçirilib. “ASCO Arena”da baş tutan matçda “Neftçi” “Sumqayıt”la qarşılaşıb. Görüş baş məşqçi Elmir Hüseynovun yetirmələrinin 4:2 hesablı qələbəsi ilə nəticələnib. “Ağ-qaralar”ın qollarından ikisini Rüstəm Hüseynli, hərəyə birini isə Elşən Hidayətov və Məhəmmədəli Qasımzadə vurublar.
Bununla da U-15 Liqasında 3-cü yeri tutan “Neftçi” bürünc medal qazanıb. Medalları mükafatçılara AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov təqdim edib.
Tövsiyə olunur
-
3 futbolçulmuz Qəbələ toplanışında
Akademiya 16 sentyabr 2024, 14:30 -
“Neftçi”nin 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 2 sentyabr 2024, 14:16 -
“Neftçi”nin 6 üzvü U-17 milli komandasında!
Akademiya 29 avqust 2024, 14:00 -
“Neftçi”nin 3 üzvü Şotlandiya, Niderland və Uelsə qarşı
Akademiya 27 avqust 2024, 15:36