U-19 komandamız bürünc medallarla təltif edildi

22 may 2024, 19:20

Gənclər Liqasında mövsümü 3-cü yerdə başa vuran “Neftçi” bürünc medallarla təltif olunub. AFFA-nın inzibati binasında təşkil olunan mükafatlandırma mərasimində U-19 komandamızın üzvlərinə medalları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

Qeyd edək ki, baş məşqçi Rəşad Hüseynovun rəhbərlik etdiyi komanda 30 oyunda 64 xal toplayıb.