“Neftçi-2” Əvəzedicilər Liqasının çempionudur!

20 may 2024, 19:27

“Neftçi-2” Əvəzedicilər Liqasının çempionu olub. Baş məşqçi Rəşad Abdullayevin yetirmələri 35-ci turda “Səbail-2”ni 2:1 hesabı ilə məğlub etməklə sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. “ASCO Arena”da baş tutan görüşdə hər üç qol penalti zərbəsindən vurulub. “Neftçi-2”dən İbrahim Novruzov (77-ci dəqiqə) və Turan Vəlizadə (81-ci dəqiqə), “Səbail-2”dən isə Emin Rüstəmov (45+6-cı dəqiqə) fərqlənib.

Qeyd edək ki, 35 oyunda 86 xal toplayaraq ən yaxın izləyicisi “Qəbələ-2”ni 4 xal geridə qoyan “Neftçi-2” sonuncu turda “Sabah-2”ni qəbul edəcək.