“Spartak”la oyuna media nümayəndələrinin qeydiyyatı başlandı!
“Neftçi” PFK-nın martın 23-ü saat 18:00-da “Neftçi Arena”da Rusiyanın “Spartak” (Moskva) klubu ilə keçirəcəyi yoldaşlıq oyununa media nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:
1. Ad, soyad
2. Təmsil etdiyi media
3. Vəzifə
4. Şəkil
5. 2023/2024 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (Akkreditasiya mütləqdir. Akkreditasiyanı göndərməyən şəxslər qeydiyyatdan keçə bilməyəcək)
6. Blogerlərdən və xarici media orqanlarının təmsilçilərindən PFL akkreditasiyası tələb olunmur.
7. Mətbuat konfransı otağında yerlər məhdud olduğu üçün mətbuat konfransında iştirak etmək istəyən media nümayəndəsi bu istəyini göndərəcəyi e-maildə bildirməlidir. E-mail vasitəsilə təsdiq alan həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o şəxslər mətbuat konfransına buraxılacaqlar.
8. Bu məlumatlar martın 22-si saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir. Saat 18:00-dan sonra göndərilən heç bir müraciət qəbul olunmayacaq.
Müraciətlərinə [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 23.03.2024-cü il saat 12:00-dan 16:00-dək “Neftçi Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız media nümayəndələri stadiona buraxılmayacaqlar.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00