“Sumqayıt”la oyunun hazırlığı yekunlaşdı

1 sentyabr 2023, 19:49

“Neftçi” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün futbolçuların iştirak etdiyi məşqdə toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, sentyabrın 2-si “Kapital Bank Arena”da keçiriləcək görüş saat 20:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.