“Neftçi” "Səbail"lə heç-heçə etdi

14 avqust 2023, 22:47

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. “Ağ-qaralar” 2-ci turda “Səbail”lə heç-heçə edib - 1:1. “Neftçi Arena”da baş tutan matçın 34-cü dəqiqəsində Pedro Nunonun qolu ilə qonaqlar hesabı açsalar da, 82-ci dəqiqədə Kenni Sayef penalti zərbəsi ilə bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 2 oyundan 1 xal toplayıb.