U-19 komandamızın 6 oyunluq qələbə seriyasına son qoyuldu

21 may 2023, 18:03

“Neftçi”nin Gənclər Liqasında 6 oyunluq qələbə seriyasına son qoyulub. Bu, komandamızın “Sumqayıt”la “ev” matçında baş verib. “Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan 20-ci turdan təxirə salınmış görüşdə 2:3 hesabı ilə məğlub olublar. “Neftçi”nin qollarını Bəhruz Qurbanlı və Bahadur Quliyev vurublar.

Qeyd edək ki, “Neftçi” 34 oyundan 78 xalla 2-ci yeri tutur.