“Neftçi”nin 5 üzvü U-16 milli komandasında

21 may 2023, 16:03

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Mayın 22-dən 29-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 5 üzvü – Səttar Tahirzadə, Elşən Atakişiyev, Əmir Fətiyev, Elvin Vəliyev və Nicat Məhərrəmov dəvət olunub. Millimiz hazırlıq çərçivəsində mayın 27-də və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.