“Neftçi”nin 3 üzvü U-15 milli komandasında

4 may 2023, 12:30

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Bakıda təlim-məşq toplanışı başlayıb. Mayın 10-dək davam edəcək hazırlıq mərhələsinə “Neftçi” PFK-nın 3 üzvü – Ömər Müslümov, Emin Süleymanlı və Səttar Tahirzadə qatılıb.