“Turan Tovuz”la cavab matçının biletləri satışda

24 aprel 2023, 18:20

Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində aprelin 26-sı saat 20:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-turan-tovuz233/90824

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bu komandalar arasında aprelin 19-da Tovuz şəhər stadionunda keçirilmiş ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.