Bu gün #MoreThanFootball fəaliyyət günlərinə başlayırıq

17 mart 2023, 15:30

Bu gün #MoreThanFootball fəaliyyət günlərinə başlayırıq və “Neftçi” PFK olaraq qürurla bu layihənin bir parçası olduğumuzu bildiririk. Aprelin 13-dək davam edəcək layihədə ardıcıl ikinci dəfə iştirak edərək flaqmanın müxtəlif sosial məsələlərdəki münasibətini nümayiş etdirəcəyik. Biz futboldan daha artığıq, çünki xalqın komandası olaraq hər imkanda sosial problemlərlə vuruşmuş və mübarizəmizin meydandan kənarda da getdiyini nümayiş etdirmişik!