Gənclər Liqasında qollu heç-heçə

16 mart 2023, 17:34

“Neftçi” Gənclər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 28-ci turda “Sabah”la qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 66-cı dəqiqəsində rəqib hesabı açsa da, sona 4 dəqiqə qalmış Oruc Məmmədov bərabərlik qolunu vurub. Məmmədov qələbə qoluna da imza ata bilərdi, amma onun 90+4-cü dəqiqədə yerinə yetirdiyi penalti zərbəsini qapıçı tutub.

Qeyd edək ki, “Neftçi” 25 oyundan 59 xal toplayıb.