“Neftçi” – “Kəpəz” matçını Elçin Məsiyev idarə edəcək

16 mart 2023, 10:56

Premyer Liqada 27-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Kəpəz” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Namiq Hüseynov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Eldəniz Musayev, VAR hakimi Tural Qurbanov, VAR hakiminin köməkçisi Cəmil Quliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu martın 16-sı saat 19:00-da “Bakcell Arena”da keçiriləcək.