“Neftçi-2” “Qarabağ-2”ni böyük hesabla məğlub etdi

13 mart 2023, 17:45

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 21-ci turda “Qarabağ-2”ni böyük hesabla məğlub edib – 3:0. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə qollara Vüsal Əsgərov (50-ci dəqiqə), İsmayıl Zülfüqarlı (57-ci dəqiqə - penalti ilə) və Hüseyn Babayev (77-ci dəqiqə) imza atıblar.

“Qarabağ-2”nin iki üzvü – Musa Musazadə (32-ci dəqiqə) və Şirxan Həsənzadə (66-cı dəqiqə) qırmızı vərəqə ilə cəzalandırılıblar.

Qeyd edək ki, “Neftçi-2” 19 oyundan 40 xalla turnir cədvəlində 2-ci yeri tutur.