“Neftçi” Şamaxıdan qələbə ilə qayıdır

12 mart 2023, 17:34

“Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb. Komandamız 26-cı turda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Şamaxı şəhər stadionunda keçirilən matçın 81-ci dəqiqəsində Mateus Saldanya vurub.

Qeyd edək ki, “Neftçi” 26 oyundan 55 xalla turnir cədvəlində 3-cü yeri tutur.