“Neftçi-2” Zaqatalada qələbə qazandı

7 mart 2023, 18:15

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 20-ci turda “Zaqatala”nın qonağı olub. Zaqatala OİK stadionunda baş tutan matçda “ağ-qaralar” qalib gəlib – 3:1. Komandamızın qollarını Oruc Məmmədov (45+1-ci dəqiqə), Həbib İsmayılov (51-ci dəqiqə) və Elşad Tağıyev (81-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Cəlal Cəbrayılov (63-cü dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 18 oyundan 37 xalla turnir cədvəlində 2-ci yeri tutur.