“Turan Tovuz”la matçı Rəvan Həmzəzadə idarə edəcək

5 mart 2023, 14:26

Premyer Liqada 25-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Turan Tovuz” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Akif Əmirəli və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi Əsgər Əmirəliyev, VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Rəhman İmami olacaq.

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu martın 5-i saat 19:30-da “Bakcell Arena”da keçiriləcək.