“Neftçi-2” ikinci dövrəyə əzmkar qələbə ilə başladı

8 fevral 2023, 17:52

“Neftçi-2” I Divizionun ikinci dövrəsində ilk oyununu keçirib. Əvəzedicilərimiz 16-cı turda “Mingəçevir”ə qalib gəlib – 2:1. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 41-ci dəqiqəsində rəqib futbolçu İbrahim Camalov hesabı açsa da, “ağ-qaralar” fasilədən sonra nəinki bərabərlik, hətta qələbə qolunu da vurublar. Aşqin Abazərov 81-ci və 88-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 15 oyundan 31 xalla turnir cədvəlində 3-cü yeri tutur.