“Neftçi” sabah Qəbələyə yola düşəcək
“Neftçi” Premyer Liqanın 22-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar. Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesində hazırda müalicə olunan Rəhman Hacıyev iştirak etməyib, Eddi İsrafilov və Fərid Yusifli isə fərdi məşq ediblər.
Qeyd edək ki, Qəbələyə sabah yola düşməyi planlaşdıran “ağ-qaralar” oyunöncəsi son məşqi Qəbələ şəhər stadionunda keçirəcək. Fevralın 10-u saat 15:00-da həmin məkanda baş tutacaq matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
“Qəbələ” ilə səfər matçını Cavid Cəlilov idarə edəcək
A Komanda 29 mart 2024, 15:25 -
“Qəbələ” ilə oyuna hazırlıq davam edir
A Komanda 27 mart 2024, 19:30 -
“Neftçi” – “Spartak” oyunu ləğv olundu
A Komanda 23 mart 2024, 16:25 -
“Spartak”la oyuna media nümayəndələrinin qeydiyyatı başlandı!
A Komanda 18 mart 2024, 14:30