“Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi

20 yanvar 2023, 12:00

Azərbaycan xalqının qan yaddaşı – 20 yanvar faciəsindən 33 il ötür. Bununla əlaqədar olaraq klub nümayəndələri, “Neftçi-2” komandasının və “Neftçi” Futbol Akademiyasının üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər, məzarlar önünə gül qoyublar.