“Neftçi” ikinci yoxlama oyununu keçirib
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız Polşanın “Medz Leqnisa” klubuna 1:2 hesabı ilə məğlub olub. “Gloria Golf Club”ın stadionunda baş tutan matçın 15-ci dəqiqəsində Ağadadaş Salyanski hesabı açsa da, 49 və 53-cü dəqiqələrdə rəqib futbolçu Ancelo Henriqez fərqlənib.
Qeyd edək ki, qardaş ölkədəki ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edən (1:1) “Neftçi” sonuncu oyununu yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubuna qarşı keçirəcək.
Tövsiyə olunur
-
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 18 aprel 2024, 14:28 -
Miodraq Bojoviç “Araz-Naxçıvan” üzərində qələbəni şərh etdi
A Komanda 13 aprel 2024, 22:57 -
“Neftçi”dən böyükhesablı qələbə
A Komanda 13 aprel 2024, 22:30 -
“Neftçi” – “Araz-Naxçıvan” matçını Əliyar Ağayev idarə edəcək
A Komanda 13 aprel 2024, 15:18