“Zirə” ilə cavab matçına hazırlıq başa çatdı
“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub. Komandamız bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək. Bu komandalar arasında dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda baş tutmuş ilk matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.
Tövsiyə olunur
-
“Qəbələ” ilə oyuna hazırlıq davam edir
A Komanda 27 mart 2024, 19:30 -
“Neftçi” – “Spartak” oyunu ləğv olundu
A Komanda 23 mart 2024, 16:25 -
“Spartak”la oyuna media nümayəndələrinin qeydiyyatı başlandı!
A Komanda 18 mart 2024, 14:30 -
Bu gün #MoreThanFootball fəaliyyət həftələrinə başlayırıq
A Komanda 18 mart 2024, 14:00