“Zirə” ilə cavab matçının biletləri “iTicket.az”da satışa çıxarıldı

17 dekabr 2022, 13:00

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb. Qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-zire-fk1/82434

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bu komandalar arasında dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda keçirilmiş ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.