“Turan Tovuz”la oyunu Əliyar Ağayev idarə edəcək

15 dekabr 2022, 12:55

Premyer Liqada 17-ci turun təyinatları açıqlanıb. “Turan Tovuz” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Elşad Abdullayev və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Məmmədəli Məmmədov, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Eyyub İbrahimov olacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu dekabrın 15-i saat 14:30-da Tovuz şəhər stadionunda keçiriləcək.