“Neftçi” “Şamaxı”ya qalib gəldi
“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 14-cü turda “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda komandamızın qollarını İbrahim Piriyev, Ağasi Babayev və Bəhruz Qurbanlı vurublar.
Qeyd edək ki, “Neftçi” 13 oyundan 35 xalla 1-ci yeri tutur.