“Neftçi”nin 1/4 finaldakı rəqibi müəyyənləşdi

23 noyabr 2022, 16:05

“Neftçi”nin Azərbaycan Kubokunun 1/4 final mərhələsindəki rəqibi müəyyənləşib. Bu, “Mingəçevir”i məğlub edən (2:0) “Zirə” klubudur. 1/4 final mərhələsinin ilk oyunu dekabrın 8 və ya 9-da Zirə İdman Kompleksinin stadionunda, cavab görüşü isə ayın 19 və ya 20-də “Bakcell Arena”da olacaq.

Qeyd edək ki, “Neftçi” yarımfinala yüksələcəyi halda, gələn il aprelin 19 və 27-də olacaq oyunlarda “Kəpəz” – “Turan Tovuz” cütünün qalibi ilə üz-üzə gələcək. Final matçı isə iyunun 3-də baş tutacaq.