“Neftçi”nin 6 futbolçusu U-21 milli komandasında

14 noyabr 2022, 21:00

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Noyabrın 15-dən 20-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü – Rza Cəfərov, Ramin Nəsirli, Rüfət Abbasov, Elcan Əbilov, David Orucov və Hüseyn Babayev dəvət ediliblər.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində noyabrın 17-də Macarıstan U-21, 20-də isə İsveç U-21 yığma komandası ilə yoxlama oyunu keçirəcək. Hər iki matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.