“Neftçi”nin müdafiəçisi Mərakeş millisinə qarşı

14 noyabr 2022, 15:00

“Neftçi” PFK-nın müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub. 30 yaşlı futbolçu millinin BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Gürcüstan yığması komandası toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 46 oyun keçirib.