“Neftçi” – “Qəbələ” matçı Nicat İsmayıllıya tapşırıldı

12 noyabr 2022, 13:40

Premyer Liqada 14-cü turun bütün təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” oyununun baş hakimi Nicat İsmayıllı olacaq. Ona Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Seymur Səlimli, VAR hakimi Tural Qurbanov, VAR hakiminin köməkçisi Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu noyabrın 12-si saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.