Gənclər Liqasında qollu heç-heçə

10 noyabr 2022, 15:53

“Neftçi” Gənclər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 11-ci turda “Qarabağ”la qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, “Neftçi” 10 oyundan 26 xalla 1-ci yeri tutur.