“Neftçi” Sumqayıtda qələbə qazandı

27 oktyabr 2022, 17:44

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 9-cu turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna “Kapital Bank Arena”da baş tutan matçın 57-ci dəqiqəsində Oruc Məmmədov imza atıb.

Qeyd edək ki, “Neftçi” 8 oyundan 22 xalla 1-ci yeri tutur.