“Neftçi-2” qələbə seriyasına “Kəpəz-2” ilə oyunda son qoydu

26 oktyabr 2022, 18:03

“Neftçi-2” I Divizionda 6 oyunluq qələbə seriyasına son qoyub. “Ağ-qaralar” 9-cu turda “Kəpəz-2” ilə heç-heçə edib – 1:1. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 30-cu dəqiqəsində Rauf Əliyevin vurduğu qolla qonaqlar hesabı açsalar da, 45+2-ci dəqiqədə Vüsal Əsgərov bərabərlik qolunu vurub. Əsgərov dubla imza atıb komandamıza qələbə qazandıra bilərdi, amma 70-ci dəqiqədə penaltidən istifadə edə bilməyib.

Qeyd edək ki, “Neftçi-2” 8 oyundan 19 xalla 2-ci yeri tutur.