“Neftçi” Zəfər Gününə həsr olunmuş turnirdə son oyununu keçirib

24 oktyabr 2022, 14:31

“Neftçi” Zəfər Gününə həsr olunmuş turnirdə sonuncu qrup oyununu keçirib. “Ağ-qaralar” “Vətən” RİOEUG Futbol Məktəbinin təşkilatçılığı ilə bu məktəbin bazasında 2012-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışdakı üçüncü oyununda “Sabah”a 3:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Komandamızın qollarını Şamil Allahverdiyev, Onur Əmirzadə və Daniel Xəlil vurublar.

Qeyd edək ki, bundan əvvəl “Şirvansaray” (3:3) və “Səbail”lə (8:5) qarşılaşmış “Neftçi” B qrupunda 3-cü yeri tutub.