Azər Əliyev Azərbaycan pasportu aldı

21 oktyabr 2022, 14:03

“Neftçi”nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib. Bunadək komandamızın heyətində rusiyalı legioner kimi meydana çıxan yarımmüdafiəçi artıq yerli futbolçu statusu alıb.

Qeyd edək ki, bu ilin yanvar ayında “Neftçi”yə transfer olunmuş Azər Əliyev ağ-qara formada 22 oyun keçirib, 1 qola imza atıb.