“Neftçi” Gəncədə qələbə qazandı

29 sentyabr 2022, 14:54

“Neftçi” Gənclər Liqasında ardıcıl beşinci qələbəsini qazanıb. Komandamız 5-ci turda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. Gəncə şəhər stadionunda baş tutan matçda qollara Lətif Rzayev, Oruc Məmmədov və Vüqar Əlizadə imza atıblar.

Qeyd edək ki, “Neftçi” 5 oyundan 15 xal toplayıb.