“Neftçi”nin 4 futbolçusu U-21 milli komandasında

19 sentyabr 2022, 11:00

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün təlim-məşq toplanışına başlayıb. Sentyabrın 27-dək Bakıda baş tutacaq hazırlıq prosesində “Neftçi” PFK-nın 4 üzvü – Fərid Yusifli, Ramin Nəsirli, David Orucov və Hüseyn Babayev iştirak edirlər.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində sentyabrın 24-də Qırğızıstan U-21, 27-də isə Moldova U-21 yığma komandası ilə yoxlama oyunu keçirəcək.