8 futbolçumuz qadınlardan ibarət U-17 milli komandasında

16 sentyabr 2022, 12:30

“Neftçi” PFK-nın 8 üzvü 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Aydan Həsənova, Aysu Murtuzayeva, Xanım Mirzəzadə, Lalə Abbaszadə, Məsumə Nəzərli, Röya Əliyeva, Fatimə Əhmədova və Ayşən Salamzadə U-17-nin heyətində sentyabrın 17-dən 24-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.