“Neftçi”nin müdafiəçisi Gürcüstan milli komandasında

15 sentyabr 2022, 20:05

“Neftçi” PFK-nın müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub. 30 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 23-də evdə Şimali Makedoniya, 26-da isə səfərdə Cəbəllütariq ilə matçlara çağırılıb.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 45 oyun keçirib.