“Sumqayıt”la oyuna hazırlıq davam edir
“Neftçi” Misli Premyer Liqasının 5-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. “Zirə” ilə matçdan sonra iki günlük istirahətə buraxılan “ağ-qaralar” avqustun 29-da hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan növbəti məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu sentyabrın 3-ü saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.